Manşet

Xaçmazda Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan daha üç döyüşçü dəfn edilib – Fotolar 

Xaçmazda Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan daha üç döyüşçü dəfn edilib – Fotolarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birinci Qarabağ müharibəsinin şəhidləri Baratov Hörmət Beytulla oğlu, Ağayev Şahlar Hüseynağa oğlu və Qasımov Adıgözəl Əmirsoltan oğlunun cəsədlərinin qalıqları Xaçmaz rayonunda dəfn edilib.

7Times.az xəbər verir ki, dəfn mərasimlərində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimayyət nümayəndələri iştirak edib.

Şəhid Hörmət Baratov Nərəcan, Şahlar Ağayev Ağçay, Adıgözəl Qasımov isə Keymərəz kəndində torpağa tapşırılıb.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev  şəhidlərimizin yaxınlarına bir daha baş sağlığı verib. Prezident  İlham Əliyevin rəhbərliyi ilə hərbçilərimizin göstərdiyi rəşadətdən danışıb. Qazanılan tarixi qələbə ilə şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb. 
Mərasimlərdə şəhidlərimizin tabutu üzərindəki Azərbaycanın üçrəngli bayrağı yaxınlarına təqdim edilib.

Qeyd edək ki,  Şəhid Baratov Hörmət Beytulla oğlu 1975-ci ildə Xaçmazın Nərəcan kəndində anadan olub. 1994-cü ilin aprel ayında Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Şəhid Ağayev Şahlar Hüseynağa oğlu 1973-cü ildə Xaçmaz rayonunun Ağçay kəndində dünyaya göz açıb. 1992-ci ilin iyul ayında Kəlbəcər və Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.

Şəhid Qasımov Adıgözəl Əmirsoltan oğlu isə 1971-ci ildə Xaçmaz rayonunun Keymərəz kəndində doğulub. 1992-ci ildə Laçın və Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!

Müşfiq Qərib

7Times.az