Ölkə

Xaçmazda yeni istifadəyə verilmiş “Şimal Store”də endirim hiyləsi – VİDEO

Xaçmazda yeni istifadəyə verilmiş “Şimal Store”də endirim hiyləsi – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz sakinləri, şəhərdə yeni fəaliyyətə başlayan “Şimal Store” mağazasında “endirim” adı ilə həyata keçirilən kampaniyada gözlənilməz hiylə ilə qarşılaşıblar. Belə ki, bir sıra ərzaq məhsullarının yerləşdiyi vitrində endirimli kimi göstərilən qiymətlərin altında, əslində, eyni qiymətlərin olduğu məlum olub.

“7Times.az” xəbər verir ki, “Şok endirim” adı ilə müştəri cəlb etməyi hədəfləyən bu dırnaqarası kampaniya, alıcılar tərəfindən birmənalı qarşılanmayıb. Yeni açılan mağazanın, həqiqi endirimlər tətbiq edərək müştəri etimadı qazanmaq əvəzinə, belə üsullara əl atması həm ticarət mərkəzinin etibarını, həm də müştəri aktivliyini sual altına salır.