Manşet

Xaçmazdan olan şəhidin cənnətdəki ilk ad günü məzarı yanında qeyd olunub – Fotolar

Xaçmazdan olan şəhidin cənnətdəki ilk ad günü məzarı yanında qeyd olunub – Fotolarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağı işğaldan azad edərək xalqımıza qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən igid Vətən oğullarından biri də şəhid əsgər Məmmədov İkram Ehtiram oğludur.

7times.az xəbər verir ki, qəhrəmanımız yaşasaydı, 19 yaşı tamam olacaqdı.

Bu gün Şəhidin ata ocağında doğum gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Xaçmazdan, Qubadan, Şabrandan olan Şəhid Anaları, Xaçmaz qaziləri, Mədəniyyət işçiləri, Şəhidin yaxınları, təhsil aldığı orta məktəbin şagirdləri, müəllimləri, şəhidin ailə üzvləri və KİV nümayəndələri iştirak edirdilər. Şəhidin ad günüylə bağlı məzarı ziyarət olunub, ruhuna dualar edilib. Daha sonra Xaçmaz Şəhidlər Xiyabanına Şəhid Analarının yürüşü təşkil olunub.

Qeyd eldək ki, İkram Məmmədov 8 iyun 2002-ci ildə Xaçmaz rayonunun Çiləgir kəndində anadan olub. 2008-ci ildə Xaçmaz rayon Əfqan Yəhyayev adına Çiləgir kənd tam orta məktəbinə 1-ci sinifə gedib. 2017-ci ildə (9-cu sinifi) orta məktəbi bitirib. Orta məktəbi bitirdikdən sonra, Xaçmaz rayon 97 nömrəli texniki peşə məktəbində ”Traktorçu-maşinist” peşəsi üzrə təhsilini davam etdirib.

2020-ci il iyulun 13-ü Xaçmaz rayon Səfərbərlik Və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti tərəfindən həqiqi hərbi xidmətə çağrılıb.

Hərbi xidmətə Gəncə şəhərində N saylı hərbi hissədə başlayıb. Hərbi andı qəbul etdikdən sonra Qazax rayon N saylı hərbi hissədə xidmətini davam etdirib. Vətən müharibəsi başlayan kimi könüllü olaraq döyüşlərə qatılıb.

İkramgil ailədə üç uşaq olublar. İki oğlan, bir qız, İkram ailənin sonbeşiyi idi. O, hələ kiçik yaşlarından kənddə özünə hörmət, izzət qazanmışdı. Daim böyüyün, kiçiyin yerini bilən olub. İkram. Vətənini, xalqını sevən vətənpərvər bir gənc idi. İkram gənc əsgər olamasına baxmayaraq qorxmaz bir döyüşçü olub.  Şəhidlik zirvəsinə ucalan İkram Məmmədov eldən gedən igidlərimizdən idi.

Vətən müharibə başlayan kimi könüllü olaraq döyüşə qatılan İkram Məmmədov oktyabrın 13-də Füzuli rayonu istiqamətində gedən döyüşdə qəhrənmancasına şəhid olub.

İkram və bir neçə silahdaşı mina mərmisinin partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıblar. Sonradan həmin əraziyə nəzarət düşmən tərəfə keçdiyindən ermənilər şəhidlərimizin nəşini torpağa basdırıblar. Məhz bu səbəbdən də düşmən məhv edildikdən sonra İkram və döyüş yoldaşlarının yerini müəyyən etmək mümkün olmayıb. Onlar itkin düşmüş sayılırdı. Nəhayət üç aydan sonra şəhidlərimizin basdırıldığı yer müəyyənləşib. Qəhrəman döyüşçümüzün nəşi torpaqdan çıxarılaraq DNT analizi ilə şəxsiyyəti müəyyənləşdirilib.

İkram şəhid olmasından üç ay sonra 13-yanvar 2021-ci ildə, doğulub boya-başa çatdığı Xaçmaz rayonunun Çiləgir kəndində dəfn olunub.

Prezident İlham Əliyevin Sərəncamı ilə şəhid əsgər Məmmədov İkram Ehtiram oğlu (ölümündən sonra) “Vətən uğrunda”, ”Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Ad günün mübarək, şəhidim!
Məkanın cənnət olsun!

 

 

Müşfiq Qərib