Dünya

Rusiya XİN-dən Ermənistana açıq xəbərdarlıq: “Təhlükəsizliyinizi düzgün qiymətləndirin”

Rusiya XİN-dən Ermənistana açıq xəbərdarlıq: “Təhlükəsizliyinizi düzgün qiymətləndirin”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin müavini Aleksandr Pankin Ermənistanı öz təhlükəsizlik imkanlarını, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində kollektiv formatda səmimi və realist şəkildə yenidən qiymətləndirməyə çağırıb.

7Times.az bildirir ki, Pankin bu fikirləri “RİA Novosti”yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ermənistanın KTMT-dəki fəaliyyətini “dondurması” və qərarların qəbulunda iştirak etməməsi fonunda ölkənin öz təhlükəsizliyini necə təmin edəcəyi sual altındadır: “Bütün tərəflər anlayır ki, Ermənistan artıq təşkilatın qərarlarında iştirak etmir. Amma bu ölkə KTMT-nin kollektiv mexanizmlərinə və öz təhlükəsizlik ehtiyaclarına obyektiv yanaşmalıdır”.

Pankin həmçinin bildirib ki, Ermənistanın KTMT-yə üzvlük haqqını ödəməməsi məsələsi 2025-ci ilin dekabrından sonra müzakirəyə çıxarılacaq. Bu qərarın hansı formatda veriləcəyi isə hələlik bəlli deyil.

Xatırladaq ki, Ermənistan rəsmi olaraq KTMT-dən çıxmasa da, son illərdə təşkilatla əlaqələrini minimuma endirib: tədbirlərdə iştirakdan imtina edir, birgə təlimlərə qatılmır və maliyyə öhdəliklərini yerinə yetirmir.

Moskvanın bu açıqlaması Ermənistanın Qərblə yaxınlaşmasına və KTMT-dən uzaqlaşmasına qarşı diplomatik xəbərdarlıq kimi qiymətləndirilir. İrəvanın ABŞ və Fransa ilə hərbi əməkdaşlığı genişləndirməsi də Rusiyanın narahatlığını artırır.

2025-ci il Ermənistan üçün dönüş nöqtəsi ola bilər – ya KTMT-dən rəsmən çıxmaq, ya da təşkilatla münasibətləri normallaşdırmaq zərurəti ilə üz-üzə qalacaq.

Bununla belə, Ermənistan cəmiyyətində və siyasi dairələrində KTMT-yə inam demək olar ki, tükənib. Bu səbəbdən Rusiyanın xəbərdarlığının İrəvanda ciddi qarşılanıb-qarşılanmayacağı sual altındadır.