Xalq artisti Ağadadaş Ağayev əməliyyat olunub.
7times.az xəbər verir ki, bu barədə APA-ya müğənninin oğlu Səbuhi Ağayev bildirib.
O, atasının bu gün İstanbulda əməliyyat olunduğunu deyib: “Beş saata yaxın davam edən əməliyyat uğurla yekunlaşıb. Hazırda atam narkozdan ayılıb və səhhəti yaxşıdır”.
Qeyd edək ki, Xalq artisti xərçəng xəstəliyindən əziyyət çəkir.