Mədəniyyət

“Atam Türkiyəyə aparılmayıb, Bakıdadır” – Yenilənib

“Atam Türkiyəyə aparılmayıb, Bakıdadır” – Yenilənibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev səhhətində yaranan problemlərlə əlaqədar təcili olaraq Türkiyəyə aparılıb.

7times.az xəbər verir ki, həkimlər Arif Babayevin Türkiyədə müalicə olunmasını məsləhət görüblər.

Qeyd edək ki, Xalq artisti ötən ilin sentyabrında insult keçirib.

A.Babayev daha əvvəl də Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birində əməliyyat olunub./Report

***

Xalq artistinin oğlu Yaşar Babayev APA-ya açıqlamasında bildirib ki, Arif Babayev Türkiyəyə aparılmayıb, Bakıdadır.

O bildirib ki, atasının səhhəti normaldır: “Onun Türkiyəyə aparılması ilə bağlı deyilənlər yalandır, hazırda Bakıdadır. Sadəcə yaxın vaxtlarda müayinə üçün Türkiyəyə aparmağı planlaşdırırıq”.