Mədəniyyət

Xalq artistinin oğlu da şəhid olub

Xalq artistinin oğlu da şəhid olubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Əli Nurun oğlu, Baş leytenant Rövşən Nurzadə də Qarabağ uğrunda müharibədə şəhid olub.

7times.az xəbər verir ki, bu barədə Əməkdar artist Vəfa Zeynalova məlumat yayıb.

O, sosial şəbəkədə paylaşım edərək başsağlığı verib: “Baş leytenant Rövşən Nurzadə Şuşanın işğaldan azad olunması uğrunda aparılan döyüşlərdə canından keçib. Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru Azər Paşa Nemətovun və kollektivimizin adından hörmətli Əli Nura və onun doğmalarına başsağlığı verir, şəhid zabitimizə Allahdan rəhmət diləyirik.

Ruhu şad olsun! Torpaq Rövşən kimi oğullarla Vətən olur! Bütün şəhidlərimizin əbədi və əziz xatirəsi qarşısında baş əyirik”.

Fotoda: Xalq artisti Əli Nur