Siyasət

“Xamaneyinin fətvası Xamaneyinin silahlarına qalib gəlib!” – Ərdoğanın baş müşavirindən müdhiş AÇIQLAMA

“Xamaneyinin fətvası Xamaneyinin silahlarına qalib gəlib!” – Ərdoğanın baş müşavirindən müdhiş AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi M.Mücahit Küçükyılmaz Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadəyə etiraz edib.

7Times.az  Oxu.Az-a istinadən xəbər verir ki, Küçükyılmaz bununla bağlı “Twitter” hesabında paylaşım edib.

Türkiyə prezidentinin baş məsləhətçisi qeyd edib:

“Xameneyi (İranın ali dini lideri) Ermənistana silah göndərərkən, Azərbaycan üçün də fətva göndəribmiş. Amma Xameneyinin fətvası Xameneyinin silahını məğlub edib”, – deyə Küçükyılmaz əlavə edib.

Qeyd edək ki, Hacı Allahşükür Paşazadənin iyulun 21-də bayram namazından sonra səsləndirdiyi bəyanat müzakirələrə səbəb olub.

O bildirib ki, Ayətullah Xameneyinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı.

Oxu.Az