Ölkə

Xankəndidə ehtiyatsızlıqdan yanğın törədən şəxs həbs edilib

Xankəndidə ehtiyatsızlıqdan yanğın törədən şəxs həbs edilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xankəndi şəhərində yaşayış binalarından birinin yaxınlığında yanğın hadisəsi törədən şəxs həbs olunub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Araşdırmalarla yanğının 1973-cü il təvəllüdlü Malik İsmayılovun yemək hazırlayarkən qaladığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

Hadisə nəticəsində təxminən 40 kv.m sahədə yaşıllığa zərər vuran M.İsmayılov barəsində həbs qərarı verilib.