Maraqlı

Xərçənglə bağlı ŞAD XƏBƏR: “Ölüm ulduzu” ümidlərə “işıq saçacaq”

Xərçənglə bağlı ŞAD XƏBƏR: “Ölüm ulduzu” ümidlərə “işıq saçacaq”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada xərçəng xəstələrində yaranan şişlərin böyüməsinin qarşısını alan dərman hazırlanıb.

7Times.az xəbər verir ki, Milli Səhiyyə Xidməti (NHS) tərəfindən hazırlanan və “Ölüm ulduzu” (Death Star) adı verilən mutasiya ağciyər xərçəngində yaranan şişin böyüməsini dayandırır.

Dərman ilk dəfə Avropadakı xəstələrə təqdim olunacaq.

Klinik tədqiqatlarda sözügedən dərmanın ağciyər xərçənginin böyüməsini 7 ay dayandırdığı sübut edilib.

Milli Səhiyyə Xidməti açıqlama verərək bildirib ki, Britaniyada ağciyər xərçəngi diaqnozu qoyulan təxminən 600 xəstəyə dərmanın veriləcəyi elan olunub.

Hazırlanan dərman pankreas və bağırsaq xərçəngi də daxil olmaqla ən ölümcül xərçəng xəstələrinin müalicəsində böyük bir irəliləyiş yaradacaq.

Publika.az