Ölkə

XİN başçısı Laçın yolundakı durum barədə Macarıstanın xarici işlər və ticarət nazirini məlumatlandırıb

XİN başçısı Laçın yolundakı durum barədə Macarıstanın xarici işlər və ticarət nazirini məlumatlandırıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov post-münaqişə dövründə regionda mövcud vəziyyət, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Ermənistanın bu prosesə xələl gətirən hərbi-siyasi təxribatları barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto məlumatlandırıb.

7Times.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən bildirilib.

Qeyd olunub ki, Laçın yolu ətrafında Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin haqlı etirazına səbəb olan təxribatlardan bəhs edən nazir Ceyhun Bayramov, hadisələrlə bağlı Ermənistan tərəfinin əsassız iddialarının beynəlxalq ictimaiyyəti yanıltmaq məqsədi daşığını bildirib. Nazir, eyni zamanda bölgədə aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verib.