Region

Xocavənddə erməni hərbçinin meyitinin qalıqları tapılıb

Xocavənddə erməni hərbçinin meyitinin qalıqları tapılıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xocavənddə Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində Azərbaycan hərbçiləri tərəfindən məhv edilmiş daha bir əsgərinin meyitinin qalıqları tapılıb.

Bu barədə 7times.az Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, hərbçinin şəxsiyyəti məhkəmə-tibb ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da Azərbaycanın işğaldan azad olunmuş ərazilərində qalıqları tapılan itkin düşmüş erməni hərbçilərin sayı 1 704 nəfərə çatıb. Xatırladaq ki, bu, yalnız qalıqları tapılan, Azərbaycan tərəfiinin və Rusiya sülhməramlılarının qarşı tərəfə təhvil verdiyi erməni hərbçilərin sayıdır.

Ermənistan ikinci Qarabağ müharibəsindəki itkilərinin real sayını hələ də tam açıqlamayıb.