“Real”ın futbolçusu Xoselu Çempionlar Liqasının tarixinə düşüb.
7Times.az xəbər verir ki, hücumçu turnirin pley-off mərhələlərində meydana sonradan daxil olaraq dubla imza atan ən yaşlı futbolçu olub.
“Bavariya” ilə yarımfinalın cavab görüşünün 88-ci və 90+1-ci dəqiqələrində fərqlənən Xoselu 34 yaş 42 günlüyündə fərqlənib. O, bu qollarla komandasının kambekinin müəllifi olub – 2:1.
Qeyd edək ki, Xoselu 2023-cü ilin yayında “Espanyol”dan “Real”a keçib.
Offsideplus.az
Follow @7timesaz