Aktual

Yoluxma riski yüksək olan ÖLÜMCÜL VİRUS – Cəmi səkkiz gün sonra…

Yoluxma riski yüksək olan ÖLÜMCÜL VİRUS – Cəmi səkkiz gün sonra…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin alimlərinin COVID-19-a bənzər ölümcül virusla laboratoriya təcrübələri apardığı iddia edilib.

 

7Times.az  xəbər verir ki, 2017-ci ildə aşkar edilən virusa “GX_P2V” adı verilib.

 

Laboratoriya təcrübəsi, beyni insan beyninə bənzəyən siçanlar üzərində aparılıb. Tədqiqatçılar həmin virusa yoluxan siçanların əhəmiyyətli dərəcədə çəki itirdiyini, letargik olduğunu və gözlərinin ağardığını müşahidə ediblər. Siçanlar virusa yoluxduqdan cəmi səkkiz gün sonra ölüb.

 

Ölən siçanların cəsədlərini təhlil edən alimlər virusun ağciyərlərə, sümüklərə, gözlərə, nəfəs borusu və beyinə yoluxduğunu müəyyən ediblər. Virusun yaratdığı beyin infeksiyası heyvanları öldürəcək qədər ağırdır.

 

Qeyd edək ki, tədqiqatçıların sözlərinə görə, bu virusun insanlara yoluxma riski var.

Sfera.az