İdman

Yunanıstanda hakimlər təhlükəsizlik səbəbindən çempionat oyunlarından imtina ediblər

Yunanıstanda hakimlər təhlükəsizlik səbəbindən çempionat oyunlarından imtina ediblərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstan Superliqası oyunlarına təyinat alan hakimlər və rəsmilər təhlükəsizlik baxımından çempionat matçlarından imtina etdiklərini açıqlayıblar.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

“Son illərdə yunan və xarici hakimlər daimi hədəfə, yumruq torbasına və məsuliyyəti başqasının üzərinə atmaq üçün “günah keçisi”nə çevriliblər. Cəzasız qalan elanlar, zorakılıqlar, təhdidlər, şifahi və fiziki hücumlar… Bunlar futbolu zəhərli edən problemlərdən yalnız bir neçəsidir.

Nəticədə Yunanıstan çempionatının yüksək divizionunun hakimləri və köməkçiləri 14-cü turdan etibarən təhlükəsizliyimiz üçün əlverişli şərait yaranana qədər heç bir oyunu idarə etməmək qərarına gəliblər. Bu qərarla biz özümüzü və ailəmizi qorumaq istəyirik”, – hakimlərin “Reuters”ə məktubunda deyilir.

Yunanıstanda hakimlər tez-tez azarkeşlərin hücumlarına məruz qalırlar. Azarkeşlər həmçinin tez-tez hakimlərin avtomobillərini və evlərini yandırırlar. Məhz buna görə də məktub Mərkəzi Hakimlər Komitəsinə və Yunanıstanın Futbol Federasiyasına göndərilib.