“Teymur əmi ilə bizi bir dəfə bir rayona dəvət etdilər. Rayon icra hakiminin qəbuluna getdik, oturduq. Çay gətirdilər qoydular, yemək süfrəsi açdılar. Nə qədər etdim, gördüm boğazımdan keçmir də, keçmir”.
7Times.az Milli.Az-a istinadən xəbər verir ki, bunu Zaur Baxşəliyev aparıcısı olduğu “Zaurla Günaydın” verilişinin efirində deyib.
Aparıcı mərhum sənətkarla birgə səfəri barədə danışarkən davamında deyib:
“Sonra biz Teymur əmi ilə çıxdıq quş ovuna getdik. Ov ovlanan yerdə qamışdan bir daxma var idi. O daxmanın içərisində bir nənə yaşayırdı. Sizi inandırım ki, o nənə bir quzunu qoydu dizinin altına kəsdi, orada bir kabab çəkdi ki, bizə. O qamışlıqda o yemək bir ləzzətlə getdi. Xoşbəxtcəsinə oturduq yerdə, mütəkkəyə söykəndik, o əti orada yedik. O qədər ləzzət etdi ki, bizə”.
Follow @7timesaz