Aktual

Zelenski cənubdakı əraziləri azad etməyi tapşırıb

Zelenski cənubdakı əraziləri azad etməyi tapşırıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski hərbçilərə cənubdakı sahilyanı əraziləri işğaldan azad etməyi tapşırıb.

7Times.az  xəbər verir ki, bunu “The Sunday Times” qəzetinə müsahibəsində Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.

Nazirin sözlərinə görə, prezident ali hərbi rəhbərliyə ölkə iqtisadiyyatı üçün həyati əhəmiyyət kəsb edən müvəqqəti işğal olunmuş ərazilərin azad edilməsi üçün planlar hazırlamağı tapşırıb.

 

“Biz başa düşürük ki, bu, ölkəmiz üçün siyasi baxımdan çox lazımdır. Prezident Ali Hərbi Baş Komandana planlar hazırlamağı tapşırıb. Bundan sonra Baş Qərargah öz tapşırıqlarını yerinə yetirir və bu məqsədə çatmaq üçün bizə “A”, ” B” və “C” planları lazımdır”, – o deyib.