Ukrayna Prezidenti Volodimir Zelenski Qərb ölkələrini Rusiya Federasiyası ilə əlaqələri davam etdirmək istəməkdə ittiham edib.
7Times.az xəbər verir ki, bu barədə dövlət başçısı “The New York Times” qəzetinə müsahibəsində bildirib.
Jurnalistlərlə söhbəti zamanı siyasətçi qeyd edib ki, Vaşinqton və onun müttəfiqləri Kiyevə yardım məsələsində çox vaxt tərəddüd edirlər. Onun fikrincə, bu davranışın səbəblərindən biri nüvə eskalasiyası qorxusudur.
Eyni zamanda ikinci səbəb kimi Ukrayna prezidenti Qərb ölkələrinin Rusiya Federasiyası ilə əlaqələri tamamilə kəsmək istəməməsini göstərib. Xüsusilə, söhbət iqtisadi və diplomatik əlaqələrdən gedir.
“Hamı qapını bir az açıq saxlayır”, – deyə dövlət başçısı bildirib.
Mayın 20-də Ukrayna lideri deyib ki, Kiyevin xarici tərəfdaşları onun ölkəsinə hərbi yardımla bağlı qərar qəbul etməkdə çox ləngdirlər. Bura Ukraynanın əlavə Patriot hava hücumundan müdafiə sistemləri ilə təmin edilməsi daxildir.
Sfera.az
Follow @7timesaz