Aktual

Zelenski rusların arzularından danışdı: “Unitaz oğurlamaq və ölmək”

Zelenski rusların arzularından danışdı: “Unitaz oğurlamaq və ölmək”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Vladimir Zelenski hesab edir ki, Rusiya öz ərazisində rusdillilərin hüquqlarının qayğısına qalmalıdır, çünki rusların indi arzusu “unitaz oğurlayıb ölmək”dir.

Sfera.az xəbər verir ki, bu haqda prezident öz müraciətində danışıb.

“Düzünü desəm, Rusiyanın rusdillilərin hüquqlarına qayğı göstərməli olduğu ərazi Rusiyanın özüdür.Söz azadlığının olmadığı yerdə seçim azadlığı da yoxdur, sadəcə olaraq fərqli fikir söyləmək hüququ yoxdur. O yerdə ki, kasıblıq çiçəklənir, insan həyatı dəyərsiz olur. Onlar müharibəyə ona görə gəlirlər ki, normal həyatı onlara xatırladan nələrsə oğurlasınlar.

Bilirsiniz, əvvəllər onlar ən böyük arzularından necə danışırdılar: Parisi görüb ölmək. İndi isə onların davranışı sadəcə adamı şoka salır. İndi onların arzusu sadəcə unitaz oğurlayıb ölməkdir”.