Dünya

Kılıçdaroğludan son dəqiqə qolu – Bələdiyyə sədrlərini İncənin yanına göndərdi: “Yaxın saatlarda…”

backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə prezident seçkilərinin ikinci turuna hazırlıq davam edir. Seçki günü yaxınlaşdıqca həm iqtidar, həm də müxalifət namizədinin tərəfdarlarının sırası da genişlənir. 

Prezidentliyə namizəd, CHP sədri Kemal Kılıçdaroğlunu dəstəkləyənlərin sırasına daha bir tanınmış sima qoşula bilər.

Türkiyənin “Sözcü” qəzetinin yazarı İsmayıl Saymazın iddiasına görə, Kemal Kılıçdaroğlu dünən “Məmləkət” Partiyasının sədri Muharrem İncənin yanına öz adamlarını göndərib. Heyətdə Adana, Bolu və Böyük Çəkməcə  bələdiyyə sədrləri olub. Onlar Muharrem İncədən prezident seçkilərinin ikinci turu ilə bağlı ortaya konkret mövqe qoymağı və CHP sədri K.Kılıçdaroğlunu dəstəkləməyi xahiş ediblər. 

Jurnalistin iddiasına görə, yaxın saatlarda Muharrem İncə Kemal Kılıçdaroğlunu dəstəklədiyinə dair bəyənatla çıxış edə bilər.

yenisabah.az