Hadisə

13 yaşlı qıza əxlaqsız hərəkət edən məmur HƏBS EDİLDİ

13 yaşlı qıza əxlaqsız hərəkət edən məmur HƏBS EDİLDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ucar rayonunda mədəniyyət evinin müdiri həbs edilib.

7times.az xəbər verir ki, rayonda fəaliyyət göstərən mədəniyyət evlərindən birinin müdiri, 1969-cu il təvəllüdlü Rəfail Hüseynov rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs edilib. Onun barəsində Ucar rayon Məhkəməsinin qərarı ilə 3 ay  müddətinə həbs qətimkan tədbiri seçilib. R Hüseynov Azərbaycan Respublikasının cinayət məcəlləsinin 153-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə həbs edilib.

Qeyd edək ki, R. Hüseynov 2008-ci il təvəllüdlü qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilir.

Faktla bağlı araşdırma davam etdirilir.