Qəzza zolağında atəşkəs sazişi çərçivəsində İsrail həbsxanalarından azad ediləcək 154 fələstinli məhbus digər ölkələrə deportasiya ediləcək.
“7Times.az” xəbər verir ki, bu barədə HƏMAS ilə əlaqəli fələstinli məhbuslarla iş üzrə ofis öz teleqram kanalında məlumat yayıb.
Məlumata görə, ümumiyyətlə, İsraildə ömürlük və uzunmüddətli məhkum edilmiş 250 nəfər azad edildikdən sonra Fələstin ərazilərindən xaricə deportasiya ediləcək. Onların arasında FƏTH və HƏMAS hərəkatlarının, “İslami Cihad” təşkilatının və “Fələstinin Azadlığı uğrunda Xalq Cəbhəsi” qruplaşmasının tərəfdarları var.
Follow @7timesaz