Ölkə

16 yaşlı qız nişanı geri qaytardığı üçün öldürülüb – TƏFƏRRÜAT – YENİLƏNİB

16 yaşlı qız nişanı geri qaytardığı üçün öldürülüb – TƏFƏRRÜAT – YENİLƏNİBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeronda baş verən dəhşətli qətllə bağlı bir sıra təfərrüatlar üzə çıxıb.

Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisəni törədən Murad Həsənov və Həsrət Rəcəbova qohum olublar. Qətldən əvvəl oğlan yeniyetmə qızı döyüb.

Digər məlumata görə isə, H. Rəcəbova 14 yaşından M. Həsənov ilə nişanlanıb.

Daha bir məlumata görə isə qız nişanı geri qaytarıbmış. Məhz bu səbəbdən tərəflər arasında münaqişə yaranıb və oğlan qızı öldürüb.

Hazırda istintaq araşdırmaları davam etdirilir.