“BMT Baş Assambleyasının müvafiq qətnaməsinə əsasən 2021-ci il Beynəlxalq Sülh və Etimad İli elan edilmişdir”.
7times.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 46-cı sessiyasının Yüksək Səviyyəli Seqmentində çıxışında deyib.
“Bu il Azərbaycan üçün əlamətdar olacaqdır, belə ki, ölkəmiz ərazilərinin təxminən 30 il davam edən işğaldan azad olunmasından sonra münaqişə-sonrası bərpa və reabilitasiya mərhələsinə qədəm qoyur”, – nazir bildirib.
Follow @7timesaz