Manşet

28 illik Laçın həsrətinə son qoyan 44 gün – Bir şəhid vermədən qaytarılan ŞƏHƏR

28 illik Laçın həsrətinə son qoyan 44 gün – Bir şəhid vermədən qaytarılan ŞƏHƏRbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər il may ayının 18-ni Laçının işğal günü kimi yad etmişik. Xalq demək olar ki, 28 il Laçın həsrəti ilə yaşayıb. 1992-ci ildə cərəyan edən proseslər, AXC-Musavat hakmimiyyətinin səriştəsizliyi və xəyanəti nəticəsində Laçının işğal olunması heç kimə sirr deyil. Məhz o dövrkü hakimiyyətdə olan şəxslərin “kreslo” davası Laçın və digər torpaqlarımızın işğalına gətirib çıxardı. Lakin Azərbaycanın 44 günlük Vətən müharibəsində düşməni darmadağın etməsi, Laçını bir güllə də atmadan və itki vermədən bizə qaytardı. Bu gün artıq Laçında böyük abadlıq işlərinə başlanılıb. Ən qısa zamanda isə laçınlıların öz doğma ata-baba yurdlarına qayıtmaları reallaşacaq.

7times.az xəbər verir ki, Bakı Politoloqlar klubunun rəhbəri, siyasi şərhçi Zaur Məmmədov KONKRET.az-a açıqlamasında bildirib ki, 1992-ci ildə Laçın Ermənistana dəhliz bəhanəsi ilə işğal edildi: “Ondan sonra isə danışıqlar prosesində Laçının ümumiyyətlə qaytarılmaması ilə bağlı Ermənistan tərəfi fikirlər səsləndirib. Lakin Azərbaycan ordusu 44 günlük müharibədə düşməni Laçını qaytarmağa vadar etdi. Bu isə Prezident İlham Əliyevin uzun illər ərzində apardığı siyasətin bariz nümunəsi kimi dəyərləndirilir.  Artıq ermənilər Laçın və digər ərazilərimizin işğalının bir daha mümkün olmayacağını başa düşürlər. İndi də Ermənistandakı revanşist qüvvələr Laçının bəzi kənd və bölgələri ilə bağlı xəyallar qurmağa çalışırlar. Lakin məlumdur ki, münaqişə Azərbaycanın istədiyi kimi başa çatıb. Bundan sonra söhbət yalnız Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasından gedə bilər”.

Zaur Məmmədov: Azərbaycanın növbəti peykinin orbitə buraxılması ölkəmizə mühüm üstünlüklər verəcək - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Politoloqun sözlərinə görə, bundan sonra Laçın və digər ərazilərin abadlaşdırılması istiqamətində hökumət tərəfindən aparılan işlərə şahidlik edəcəyik: “Yol xəritələrinin və böyük layihələrin hazırlanması onu göstərir ki, istər daxili, istərsə də xarici investisiyalar hesabına tezliklə həmin bölgələrin abadlaşacağını görəcəyik. Onu qeyd etməliyik ki, 1990-cı illərin əvvəllərində Azərbaycanda vəziyyət gərgin idi. Bu gərginlikdən istifadə edən ermənilər torpaqlarımızın işğalını həyata keçirdilər. Lakin hazırkı vəziyyət onu göstərir ki, ölkə daxilindəki sabitlik və uğurlar, Prezidentin apardığı professional siyasətdən asılıdır”.