Milli Məclisin deputatı Mahir Süleymanlı 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə hüquq-mühafizə orqanlarının şəxsi heyətini təbrik edib.
Deputat təbrikində bildirib:
2 İyul – Azərbaycan Polisi Günü münasibətilə ölkəmizdə sabitliyin, təhlükəsizliyin və ictimai asayişin qorunması istiqamətində mühüm xidmətlər göstərən polis orqanlarının şəxsi heyətini ürəkdən təbrik edirəm.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu hüquq-mühafizə sistemi bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında müasir çağırışlara cavab verən, güclü və çevik bir struktura çevrilmişdir. Dövlət başçısının diqqət və qayğısı sayəsində Azərbaycan polisi regionda ən etibarlı və güclü hüquq-mühafizə orqanlarından biri kimi tanınır.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında daim yüksək peşəkarlıq, qətiyyət və fədakarlıq nümayiş etdirir.
Bu əlamətdar gündə hər bir polis əməkdaşına möhkəm cansağlığı, çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıram”.
Follow @7timesaz