Dünya

Gündəlik neft hasilatı 550 min barelə yaxın artırılacaq

Gündəlik neft hasilatı 550 min barelə yaxın artırılacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“OPEC+” razılaşmasına daxil olan və neft hasilatını könüllü şəkildə əlavə azaldan səkkiz ölkə iyulun 5-də keçirilən iclasda avqustda gündəlik neft hasilatını sutkada 548 min barel artırmağa razılaşıb.

“APA-Economics” bu barədə “OPEK”in rəsmi açıqlamasına istinadən xəbər verir.

Məlumata görə, sentyabr ayı hasilat planının müzakirə olunacağı “OPEC+” “səkkiz”liyinin növbəti iclası avqustun 3-də baş tutacaq.

Xatırladaq ki, “OPEK+” təşkilatının səkkiz ölkəsi (Rusiya, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Qazaxıstan, Əlcəzair, Oman və Küveyt) 2024-cü ilin əvvəlindən etibarən gündəlik ümumilikdə 2,2 milyon barel həcmində hasilatı könüllü şəkildə azaldırdı. 2025-ci ilin aprelindən isə onlar azaldılmış barelləri tədricən bazara qaytarmağa başlayıblar. Aprel ayında “səkkizlik” gündəlik hasilatı 138 min barel, may-iyul aylarında isə sürətlənmiş templə hər ay 411 min barel artırıb.

Qeyd edək ki, “OPEC+” OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüsdür.

Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.