Dünya

Rusiyada “Su-27” hərbi təyyarəsi qəzaya uğrayıb

Rusiyada “Su-27” hərbi təyyarəsi qəzaya uğrayıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının Nijni Novqorod vilayətində “Su-27” tipli hərbi qırıcı təyyarə qəzaya uğrayıb. 

Qəza Kulebaki şəhəri yaxınlığında baş verib.

Bildirilib ki, təyyarədəki iki pilot katapult etməyə müvəffəq olub. Onlardan biri tapılıb, digəri isə hələ axtarılır.

Rus KİV-lərinin məlumatına görə, qəzanın səbəbləri araşdırılır.

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub, təyyarənin tamamilə dağıldığı bildirilir.