Regional əməkdaşlığın “3+3” formatı şübhəsiz ki, bütün iştirakçı ölkələrin – Azərbaycan, Ermənistan, Rusiya, İran, Türkiyə və Gürcüstanın maraqlarına xidmət edir.
7Times.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında “parlament saatı”nda bildirib.
“Əvvəldən hamı razılaşdı ki, bizdə format məhz “3+3″dür və biz Gürcüstanın mövqeyini, şübhəsini başa düşürük. Lakin gürcü nümayəndələri üçün iclas zalında həmişə yer olacaq”, – o qeyd edib.
S.Lavrov xatırladıb ki, bu yanaşma keçən ilin oktyabrında İstanbulda nazirlər səviyyəsində keçirilən son görüşdə də təsdiq edilib.
Nazirin sözlərinə görə, bu, ABŞ-nin əvvəlki administrasiyasında paxıllıq yaradıb və onlar “3+3” formatı əvəzinə Cənubi Qafqaz ölkələri və sabiq prezident Cozef Baydenin administrasiyası nümayəndələrinin daxil olacağı “3+1” formatını irəli sürməyə çalışıblar.
O, həmçinin vurğulayıb ki, son görüşdə bu məsləhətləşmə platformasını daha strukturlaşdırılmış təşkilata çevirmək barədə qərar qəbul edilib.
S.Lavrov Dövlət Duması deputatlarının əlavə əməkdaşlıq mexanizmlərinin təşkili üçün “3+3” formatında parlamentlərarası komissiyanın yaradılması təklifini dəstəkləyib.
“Əgər siz belə bir təşəbbüslə çıxış etsəniz, biz onu XİN xətti ilə dəstəkləyəcəyik. Bu çox faydalı olardı”, – nazir bildirib.
Follow @7timesaz