Aktual

433 ton Azərbaycan pomidoru Rusiyaya buraxılmayıb

433 ton Azərbaycan pomidoru Rusiyaya buraxılmayıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ilin mart ayında Rusiya Federasiyasına idxal olunan 65 919,2 min ton təzə tərəvəz və meyvəyə nəzarət edilib.

“Ölkə.Az” bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (Rosselxoznadzor) məlumatına istinadən xəbər verir.

Məlumata əsasən, Rusiya Federasiyası ilə dövlət sərhədində yerləşən “Yaraq-Kazmalyar” buraxılış məntəqəsində Azərbaycan və İrandan idxal zamanı 38 708,3 ton tərəvəzə (pomidor, kartof, badımcan, göyərti, kələm və s.) və 27 210,9 ton meyvəyə (alma, kivi, portağal, bostan meyvələri və s.) ilkin fitosanitar nəzarəti həyata keçirilib.

Nəticədən, Azərbaycandan göndərilən 432,5 ton həcmində təzə pomidorun, İrandan göndərilən 129,8 ton kahının idxalına icazə verilməyib.