2026-cı ilin yanvar–may aylarında Azərbaycanda 1073,4 kiloqram qızıl və 1575,9 kiloqram gümüş istehsal edilib.
Valyuta.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə qızıl istehsalı 224,4 kiloqram və ya 17,3 faiz, gümüş istehsalı isə 111 kiloqram və ya 6,6 faiz azalıb.
Belə ki, 2025-ci ilin yanvar–may aylarında ölkədə 1297,8 kiloqram qızıl və 1686,9 kiloqram gümüş istehsal olunmuşdu.
2026-cı il iyunun 1-nə olan vəziyyətə görə, sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı qızıl üzrə 73,9 kiloqram, gümüş üzrə isə 474 kiloqram təşkil edib.
Follow @7timesaz


