Manşet

60 ildən bir ələ düşən fürsət – Pul o qədər bol olacaq ki…

60 ildən bir ələ düşən fürsət – Pul o qədər bol olacaq ki…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İddia olunur ki, 2023-cü il uğurlu olacaq. Çünki gələn ilin hamisi – Qara Su Dovşanı şok və fəlakət vəd etmir, əksinə, həyat stabil və sakit olacaq. Bəs 2023-cü ilin əsas simvolu – Qara Su Dovşanı hansı xüsusiyyətlərə malikdir və başqa nələr vəd edir?

Milli.Az oxucuları ilin simvolunun əsas xüsusiyyətləri ilə tanış edir.

Çin təqviminə görə, Qara Su Dovşanı ili altmış ildən bir gəlir.

Simvolun xüsusiyyətləri

Astroloqların fikrincə, ilin xüsusiyyətləri heyvanın xarakterikası ilə uzlaşır. Dovşan (və ya pişik) yumşaq, mehriban və mülayim bir məxluqdur. Ciddi ziyan vurmaq iqtidarında deyil. Dovşan ili yaxşılıq, romantika, yeni tanışlıqlar, eyni zamanda ailə xoşbəxtliyi vəd edir. Bu il ailə münaqişələri və dava-dalaş sizdən yan keçəcək. Eviniz bütün ilboyu qonaqlı-qaralı olacaq. Gələn il yaxınlarınızla münasibətlərə xüsusi diqqət yetirməyə çalışın. Dovşan “ailəcanlı” məxluqudur. Onun üçün ikinci yarısı və nəsilartırma xüsusi əhəmiyyət kəsb edir. Odur ki, gələn il bir çox cütlük münasibətlərini rəsmiləşdirməyə və evlənməyə qərar verəcək.

Su aktivliyin, eyni zamanda yumşaq gücün simvoludur. Vəziyyəti qəlizləşdirmək istəmirsinizsə, münaqişələri müzakirə yolu ilə həll etməyə çalışın və ortaya əsaslı arqumentlərinizi qoyun.

İlin uğurlu olması üçün nə etməliyik?

Çin ənənəsində dovşan heykəlcikləri adətən uğur cəlb etmək üçün istifadə olunur. Odur ki, qızıl rəngli və sikkələr üzərində oturan bir dovşan alın. Həm arzularınızın reallaşmasını çox gözləməli olmayacaqsınız, həm də həyatınızda əmin-amanlıq, sülh və sevgi gətirəcək. Unutmayın ki, dovşan bolluq, xoşbəxtlik və sevinc simvoludur.

Mənzildə harmoniyanın hökm sürməsi üçün dovşan heykəlciyi (bu dəfə ağ rəngdə) pəncərənin kənarına qoyun.

Pəncələrində yerkökü tutan dovşan da uğur simvoludur. Biznesdə dəstəyə ehtiyacınız varsa, belə bir talisman alın.

Yeni İli harda qeyd etməli?

Dovşan ev heyvanıdır (eləcə də Pişik), odur ki, yeni ili qeyd etmək üçün ən yaxşı yer öz evinizdir. Və bu, böyük bir ailə məclisi olmalıdır, təsadüfi və ya tanımadığınız şəxsləri dəvət etməyin, ancaq yaxın insanları – qohumları və ya dostları.

Nə geyinməli?

Bu il seçim çoxdur! Hər zövqə xitab edən rəng və çeşidlər var. İlin sahibini sevindirmək istəyirsinizsə, qara libas seçə bilərsiniz. Ancaq bu vəziyyətdə, mütləq su simvolu da olmalıdır, obrazı parıltı aksesuarlarla tamamlağı unutmayın.

Klassika tərəfdarısınızsa, ağ və boz rəngli paltar və kostyumlar geyinin.

Bu il dəbli və mürəkkəb geyimlərdən qaçmalısınız. Dovşan təbiliyi və sadəliyi sevir. Mürəkkəb ziyafət libasları və qəribə saç düzümlərini bir kənara qoyun, 2023-cü il təbii gözəlliyi təmsil edəcək.

Dekorasiya da Dovşanın ürəyincə olmalıdır!

Evi parlaq rənglərlə bəzəməyin. İnteryerdən qırmızı və ona yaxın olan çalarları çıxarmağa çalışın. Açıq rənglərə və yaşıl rənglərə üstünlük verin. Evi təzə çiçəklərlə bəzəyin. Unutmayın ki, həm pişik, həm də dovşan təbiəti sevir və bu ideyadan məmnun qalacaqlar.

Heyvan naxışlarından çəkinin, ilin sahibləri rəqabət hiss etməməlidirlər. Zebra və ya bəbir təsvirləri də dovşanda qorxu hissi yaradır. Evdə yumşaq və rahat künclər yaradın.

Dovşan ilindən nə gözləyək?

İl kifayət qədər sabit keçəcək. Böyük iqtisadi böhranların sizdən yan keçməsi ehtimalı var. Bir il ərzində həyatınızı tamamilə dəyişən qərarlar verməməyə çalışın. Nə pişik, nə də dovşan qəfil hərəkətləri sevmir. Ancaq evlilik üçün olduqca əlverişli ildir. İlin sahibi ailə münasibətlərini qiymətləndirəcək! Unutmayın ki, bu il nə etsəniz də, dərəcəni və ləyaqəti qorumaq vacibdir.

2023-cü ilə dair proqnozlar

Dovşan ili səyahət və yeni biliklər öyrənmək üçün əlverişlidir. Tətilinizi evdə keçirmək əvəzinə, yeni bir yerə gedin. Ancaq səyahət ən xırda detallarına qədər düşünülməlidir.

Dovşan ili mənzil problemini həll etmək üçün əlverişlidir.

Borcunuz varsa, mütləq qaytarmağa çalışın. Unutmayın ki, yeni ilə borcla girmək uğursuzluq əlaməti sayılır. Bu, kreditlərə, müxtəlif hesabların ödənilməsinə və ən əsası münasibətlərə də aiddir. Qohumlar və dostlarınızla münasibətlərinizi aydınlaşdırın!

 

 

milliaz