Müğənni və aktrisa Cennifer Lopez evini satıb.
OLAY yazır ki, müğənni Bel Eyrdəki (Kaliforniya) malikanəsinin satışından 43 milyon dollar qazanmağı planlaşdırsa da, ev 34 milyon dollara satılıb.
Doqquz yataq otağı, on üç vanna otağı olan malikanə bu ilin fevralında 43,6 milyon dollara satəşa qoyulub və bu, onu ərazidəki ən bahalı mülkə çevirib.
Daha sonra müğənni qiyməti aşağı salmalı olub.
Buna baxmayaraq, Lopez 2016-cı ildə evi təxminən 28 milyon dollara aldığı üçün ziyan etməyib.