Dünya

BMT-nin Baş katibi: “Jurnalistlər həqiqəti müdafiə edirlər, dünya onların yanında olmalıdır”

BMT-nin Baş katibi: “Jurnalistlər həqiqəti müdafiə edirlər, dünya onların yanında olmalıdır”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Jurnalistlər həqiqəti müdafiə etdikləri kimi, dünya da onların yanında olmalıdır”.

“Report” xəbər verir ki, bunu BMT-nin Baş katibi Antoniu Quterreş 3 may – Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı tviterdə yazıb.

O bildirib ki, peşə fəaliyyətlərinə görə jurnalistlərə təzyiq dayandırılmalıdır: “Təhdid və hücumları dayandırmaq lazımdır. Həqiqəti və həqiqəti söyləyənləri hədəf almağı dayandırmaq lazımdır”.

A.Quterreş qeyd edib ki, yalan və dezinformasiyaların yayılmasının da qarşısı alınmalıdır.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də 3 May – Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı paylaşım edib. O bildirib ki, azad və müstəqil media istənilən demokratik cəmiyyətin onurğa sütunudur.

Ş.Mişel, həmçinin jurnalistlərin müharibələrdəki xüsusi əməyini xatırladıb.