Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinə üzv olması müzakirələrə yol açıb.
Bu qərara görə, AYB rəhbərliyini tənqid edənlərin sırası günbəgün genişlənir.
Elzanın ölkənin tanınmış yazarlarının sırasına qoşulmasına etiraz edənlər onun ədəbi yaradıcılığını şübhə altına alırlar. Onların fikrincə, E.Seyidcahan hər hansı ciddi ədəbiyyat nümunəsi yaratmadığı üçün onun AYB-də təmsil olunmasına mənəvi haqqı çatmır.
Bəstəkar-müğənninin müxtəlif illərdə yazdığı bir neçə şeirlər:
Ac canavar
Acından quruldayır qarnım,
Qarnım, qarnım, qarnım…
Axı nədir mənim günahım,
Günahım ax qarnım.
Neçə gündür ac qalmışam,
Acam ac ac ac…
Neçə gündür ac qalmışam,
Acam ac ac ac…
Adım çıxıb ağzı qara,
Ac olanda qanı qara,
Adım çıxıb ağzı qara,
Ac olanda qanı qara,
Neçə gündür ac qalmışam,
Acam ac ac ac…
Auuuuuuuuuuuuu….
Burnum axır
Qazanım daşdı
kəfini yedim.
Qapağın açdım
üzünü yedim.
Yedim, yedim
dibini yedim.
Qazıb, qazıb
deşdim dibini
qazanın.
Kəfkirim azıb
dibi deşik qazandan
çıxdı havaya,
mən də baxdım
kəfkirdən
deşik-deşik dünyaya.
Didim-didim,
Sicim-sicim
Kilim-kilim,
Dilim-Dilim
Bilim-bilim,
Yıyım-yıyım
Tüpürüm sizə,
Hündür ağac başından?
Tüpürdünüz mənə
Alçaq ağac başından
Öskürə-öskürə,
Pis-pis gülmə,
Kifayətdir mənə demə!
Küçədən gəlib,
Küçəyə gedən
Milçəyə bax,
Birçəyə bax,
Bircəyə bax.
And içim o nə deməkdir?
İçdim, içdim, içdim suyu.
Tikdim, tikdim,
Yun kisəsi yumurtadan.
Bu gələn qız,
Həmən qızdır,
Çox qəşəng qızdır.
Gecə yarısı
Güclü yağış
Ay işığı
Unutmaram o səsləri,
Sürünürdü meyit iyi,
Əlləşirdi, kəsilmirdi
İniltili yerdən səsi.
Siz o tayda təksiniz
Siz bu tayda səssiniz
Doqquz yaşıma az qalmış,
Bir qığılcım parladı.
Kəsim səsimi deyəcəksiniz?
Bir də ki,
Mən tezliklə….
Əlbəttə, Günəş çağladı!
Göydən yağış sevincindən,
Hönkür-hönkür ağladı.
Satdım gözəlliklərimi
Alanlara
Verdim gözəliklərimi
Yatanlara
Tökdüm gözəlliklərimi
Yananlara
Sonsünlər, sonsünlər
Yanmasınlar.
Qorumağa dəyməz artıq
Gözəlliyim əldən getdi
Gözəlliyim əldən getdi.
Follow @7timesaz