Keçmiş ABŞ prezidenti Donald Trampın məhkəməsi 20 may 2024-cü ildə başayacaq.
Trend xəbər verir ki, ABŞ-ın keçmiş prezidentinin məxfi dövlət sənədlərini gizlətməkdə ittiham olunduğu iş üzrə məhkəmənin tarixi hakim Aileen M.Kannon tərəfindən 20 may 2024-cü il olaraq təyin edib.
Trampın vəkilləri 2024-cü il prezident seçkiləri ilə əlaqədar məhkəmə prosesinin seçki tarixindən sonraya təxirə salınmasını tələb etsələr də, hakim bu tələbi rədd edib.
Tramp tərəfi seçki prosesi zamanı məhkəmənin ədalətli olmayacağını iddia etsələr də, ittiham tərəfinin fikrincə, hazırda Respublikaçı namizədlər arasında açıq fərqlə liderlik edən Tramp seçkilərdə qalib gələrsə, o, prezidentlik səlahiyyətlərindən istifadə edərək özünü bu işdən azad edə və ya Ədliyyə Nazirinə bu işi ləğv etdirə bilər.
Donald Trampın Floridadakı evinə 8 avqust 2022-ci il tarixində səhər saatlarında FTB agentləri tərəfindən “məxfi sənədlər”in araşdırılması üçün basqın edilib.
Basqını və ona qarşı aparılan araşdırmaları “siyasi” adlandıran Tramp xüsusi olaraq Mar-a-Laqodakı evindən götürülmüş sənədlərin “müstəqil arbitr və ya xüsusi hakim” tərəfindən baxılmasını istəyib.
Trampa qarşı aparılan “məxfi sənədlər” və “Konqresdə 6 yanvar reydi” araşdırmalarında xüsusi ekspert təyin edilən keçmiş baş prokuror Cek Smit keçmiş prezidentin Ağ Evdəki vəzifəsindən gedərkən özü ilə məxfi sənədləri aparmaqda və bununla bağlı federal təhqiqatlara mane olmaqda ittiham edib.
Xatırladaq ki, Tramp bundan əvvəl aprelin 4-də 2016-cı il prezident seçkiləri zamanı bir qadına “susmaq payı” olaraq pul verməkdə ittiham edilərək Nyu Yorkda hakim qarşısına çıxmışdı.
Follow @7timesaz