“Rusiyanın itkiləri Əfqanıstan müharibəsi zamanı sovet ordusunun itkilərindən daha çoxdur”.
“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Şərq qruplaşması qoşununun sözçüsü Sergey Çerevatı deyib.
O qeyd edib ki, düşmən bütün qüvvələrini Donetsk vilayətinin Baxmut şəhərinə cəlb edib: “Rusiya buradakı mövqelərini qorumağa çalışır. Çünki Baxmut Rusiya üçün hərbi əhəmiyyətlidir”.
S.Çerevatının sözlərinə görə, Ukrayna torpaqları metr-metr azad edir.
Qeyd edək ki, Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatına start verib.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.
Follow @7timesaz