Dünya

Astana saxlanılan rusiyalını ABŞ-a vermədi

Astana saxlanılan rusiyalını ABŞ-a vermədibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan hakimiyyəti iyun ayında ölkədə saxlanılan F.A.C.C.T şirkətinin əməkdaşı Nikita Kislitsini ABŞ-a təhvil verməkdən imtina edib. Məhkəmə qərarına görə, o, Rusiyanın tələbi ilə həbs edilib.

7Times.az  xəbər verir ki, bunu Rusiyanın Almatıdakı Baş Konsulluğunun konsul-müşaviri Artem Oqanov deyib.

“Məhkəmə qərarı ilə Kislitsin Rusiyanın tələbi ilə 12 ay müddətinə ekstradisiya həbsinə məruz qalıb. O, ABŞ-a təhvil verilməyəcək”, – o bildirib.

Qeyd edək ki, F.A.C.C.T. kibertəhlükəsizlik şirkətinin əməkdaşı Nikita Kislitsin iyunun 22-də Qazaxıstanda saxlanılıb. Rusiya Daxili İşlər Nazirliyi də onu axtarışa verib. Moskvanın Tverskoy Məhkəməsi qanunla qorunan kompüter məlumatlarına qanunsuz daxil olmaqda ittiham olunan Kislitsini qiyabi həbs edib.

Axar.az