Sabiq səhiyyə naziri Əli İnsanovun rəhbərlik etdiyi Haqq Ədalət Partiyası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. Bu barədə Modern.az-a açıqlamasında partiya Ali Məclisinin sədri Zəlimxan Məmmədli məlumat verib.
“Partiyanın rəhbər orqanları bundan sonrakı fəaliyyəti müəyyən edəcəklər. Ümumi və xalqımızın maraqlarına uyğun müvafiq qərarlar veriləcək”,- o, deyib.
Xatırladaq ki, bundan əvvəl 4 partiya – YAP, deputat Sabir Rüstəmxanlının rəhbərlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyası (VHP), Tural Abbaslının rəhbərlik etdiyi AĞ Partiyası, İqbal Ağazadənin Ümid Partiyası dövlət qeydiyyatına alınıb.
Follow @7timesaz