Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xorvatiya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Andrey Plenkoviç ilə görüşüb.
Xarici İşlər Nazirliyindən “7Times.az”a verilən məlumata görə, görüş zamanı Azərbaycan-Xorvatiya əməkdaşlıq əlaqələri və eləcə də, regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ölkələrimiz arasında iqtisadi-ticarət və humanitar sahələr üzrə əməkdaşlıq razılıqla qeyd olunub, mədəniyyət, təhsil, elm və texnologiyalar, minasızlaşlaşdırma, altetnativ enerji, əczaçılıq kimi sahələrin Azərbaycan-Xorvatiya tərəfdaşlığını daha da gücləndirəcəyi vurğulanıb.
Görüşdə, həmçinin, regionda post-münaqişə reallıqları, Azərbaycan-Ermənistan sülh prosesi barədə müqabil tərəfə məlumat verilib. Bu xüsusda, Azərbaycan tərəfinin irəli sürdüyü sülh gündəliyinə və sərgilədiyi müvafiq konstruktiv təkliflərə rəğmən, Ermənistanın nümayiş etdirdiyi ziddiyyətli və təxribatçı mövqe və fəaliyyətlərdən bəhs olunub.
Azərbaycan-Ermənistan əlaqələrinin normallaşmasının birmənalı olaraq, ərazi bütövlüyü və suverenlik kimi beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanmalı olduğu diqqətə çatdırılıb.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xorvatiyanın Baş naziri ilə ikitərəfli əlaqələri müzakirə edib.
7Times.az xəbər verir ki, nazir bu barədə “X” hesabında paylaşım edib.
“Azərbaycan və Xorvatiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi ətrafında fikir mübadiləsi aparmaq üçün Xorvatiyanın Baş naziri Andrey Plenkovic ilə görüşməkdən şərəf duyuram”, – paylaşımda qeyd olunub.
Follow @7timesaz