Ədliyyə Nazirliyi Azərbaycan Demokrat Partiyasını (ADP) qeydə alıb.
Bu barədə partiyanın mətbuat xidmətindən “AzPolitika.info”ya verilən məlumatda bildirilib.
Qeyd olunur ki, ADP-nin səlahiyyətli nümayəndəsinə Ədliyyə Nazirliyi tərəfindən partiya üzvlərinin reyestrinin sonuncu variantının qəbul edilməsi ilə bağlı məktub təqdim edilib. “Məktubda ADP üzvlərinin reyestrinin müvafiq qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanıldığı bildirilib. Ədliyyə Nazirliyinə təqdim edilmiş partiya üzvlərinin reyestrinin sonuncu variantında hər hansı bir çatışmazlıqların olması qeyd olunmayıb”, – açıqlamada bildirilir.
Məktubda eyni zamanda “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə görə partiyanın nizamnaməsinin və proqramının həmin qanunun tələblərinə uyğunlaşdırılmasının və Ədliyyə Nazirliyinə təqdim edilməsinin zəruriliyi qeyd olunub.
Qanunun bu tələbinə görə, hər bir partiya üzvlərinin reyestri qəbul edildikdən sonra 90 gün ərzində özünün nizamnamə və proqramını yeni qanunun tələblərinə uyğunlaşdıraraq Ədliyyə Nazirliyinə təqdim etməlidir.
Xatyırladaq ki, sentyabrın əvvəlindən başlayaraq partiyaların dövlət qeydiyyatına alınmasına start verilib. Bu günə qədər YAP, AMİP, AVP, VHP, Ağ Partiya, Haqq Ədalət Partiyası və MDHP-nin reysetrləri qəbul edilib.
Follow @7timesaz