Ölkə

Ordumuz Ağdərə istiqamətində dəqiq zərbə vurdu – ANBAAN VİDEO

Ordumuz Ağdərə istiqamətində dəqiq zərbə vurdu – ANBAAN VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Silahlı Qüvvələrinin Aşağı Otaraq kəndində (Ağdərin istiqaməti) elektron döyüş məntəqəsinin minaatanının məhv edilməsinin görüntüsü yayılıb.

7Times.az  xatırladır ki, Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır.

“Bir daha bildiririk ki, mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.

Keçirilən tədbirlər barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılıb”, – nazirlikdən qeyd olunub.

Videonu “Caliber” yayıb.