Hərbi

ABŞ İsrailin “Hizbullah”a zərbələri dayandıracağına zəmanət vermir

ABŞ İsrailin “Hizbullah”a zərbələri dayandıracağına zəmanət vermirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ tərəflər arasında razılaşma əldə edilsə belə, İsrailin Livan ərazisinə zərbələri dayandırmasına zəmanət verməyə hazır deyil.

“7Times.az” xəbər verir ki, bu barədə Yaxın Şərq mediası mənbələrə istinadən məlumat yayıb.

Mənbələr qeyd edir ki, mümkün razılaşma “Livan ərazisinin dərinliyinə zərbələrin dayandırılması ilə bağlı ABŞ-nin zəmanətlərini nəzərdə tutmur”.

Bununla yanaşı, iddia edilir ki, İsrail Livan ərazisində təhlükə hesab etdiyi hədəflərə qarşı özünümüdafiə hüququnu özündə saxlamaq niyyətindədir.

Bu, “Hizbullah” qruplaşmasının obyektlərinə, o cümlədən təlim düşərgələrinə zərbələrin endirilməsi və ya Livan hakimiyyətinin buna vaxtında reaksiya verməyəcəyi halda komandirlərin öldürülməsi deməkdir.