Bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə keçirilən görüş mühüm əhəmiyyətə malikdir.
Bunu Vesti.az-a müsahibəsində Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Sabiq nazir Vesti.az-a müsahibəsində Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri, Qarabağın erməni sakinləri ilə bağlı atılacaq növbəti addımları şərh edib və mümkün hadisələrlə bağlı sualları cavablandırıb.
Nazirin sözlərinə görə, Yevlaxda keçirilən görüş prioritetlərin müəyyənləşdirilməsi kontekstində çox vacibdir.
“İlk növbədə, Azərbaycan tərəfinin prioritetləri nəzərə alınmalıdır. Mən düşünmürəm ki, Qarabağın erməni sakinlərinin nümayəndələri nəyisə diktə edə bilər, çünki vəziyyət dəyişib”, – Elmar Məmmədyarov vurğulayıb.