Sumqayıt şəhərində şəhidin dəfni zamanı yaylım atəşindən qorxaraq yerə oturan, sonradan isə qəhqəhə çəkərək gülən iş adamının görüntüləri ictimaiyyətdə narazılıqla qarşılanıb. Söhbət “Qartal” Tikinti firmasının sahibi, iş adamı Şahin Məmmədovdan gedir.
7Times.az xəbər verir ki, sosial şəbəkələrdə qəhqəhə çəkib güldüyü üçün tənqid olunan Şahin Məmmədov Bizim.Media-ya açıqlamasında sözügedən fotonun qərəzli olaraq çəkildiyini bildirib:
“Orada hər şey açıq-aydın görünür ki, yaylım atəşi açılanda mən diksinirəm. Çünki mən bundan xəbərsiz idim. Diksinəndə isə yanımdakılar deyir “sən niyə qorxdun?”. Yanımdakı şəxs isə Sumqayıt Yeni Azərbaycan Partiyasının sədridir. Azərbaycan Neft və Sənaye Universitetinin prorektorudur.
Gülüşə səbəb olan məsələ mənim niyə qorxmağım oldu. Hər kəs insandır. Siz də, bir başqası da diksinə bilərdi. Mən qazi və şəhid ailələrinə Vətən müharibəsindən sonra 300 min manat pul ödəmişəm. Görün necə vicdansızdırlar ki, mənim kimi bir adamı bu cür qələmə veriblər. O fotonu çəkən Sumqayıtda yüngül həyat tərzi keçirən Əfsanə adlı bir qadındır. Tanıyıram.
O, vaxtilə məndən gəlib mebel istədi. Mən də bildirdim ki, 4 şəhidə mebel vermişəm, get başqa yerə müraciət et. Mebel vermədiyim üçün o xanım o fotonu yayıb. Onu çəkən normal adam olsaydı, diqqətini elə şəhidə yönəldərdi, Şahini niyə güdür? Aydın məsələdir ki, bu, qərəzli bir çəkilişdir”.
Şahin Məmmədov sosial şəbəkələrdə barəsində yazılanları da tənqid edib:
Xaricdə bir xeyriyyəçi olur, hamıya kömək edir. Sonra pulu bitir və yardım edə bilmir. Ona görə də onu öldürürlər. İndi həmin pozisiyada indi mənəm. 30 nəfər qazinin hərəsinin bank kartına ayda 300 manat pul köçürürüəm. Kim edib Azərbaycanda bunu? İkinci bir adam tapın görək, edən var?
Ayda şəxsi pulumun 9 min manatını işləmək qabiliyyəti olmayan qazilərə ödəyirəm. Təbii ki, bunları demək doğru deyil. Amma insanın da elədiklərinə qiymət verməyəndə, yaxşı olmur. Bu yardımları kimlərinsə xahişi və ya arzusu ilə etmirəm. İçimdən gəldiyi üçün edirəm”.
Şahin Məmmədov onu ifşa edənlərlə bağlı hüquqi addım atıb-atmayacağı ilə bağlı məsələyə də münasibət bildirib:
“Mən heç bir addım atmaq niyyətində deyiləm. Bunu edən insan o səviyyənin yiyəsi deyil ki, onunla dialoqa gedəsən. Həqiqətən pozğun həyat keçirən bir qadındır. Mən onunla nə danışım? Onun nəyini məhkəməyə verim? Yəni özümü onun səviyyəsinə endirmək niyyətində deyiləm”.
Sfera.az
Follow @7timesaz