Ölkə

İlham Əliyev və Paşinyan görüşəcək – Bu tarixdə

İlham Əliyev və Paşinyan görüşəcək – Bu tarixdəbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 5-də görüşəcəklər. 

7Times.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası açıqlayıb.

 

Qeyd olunub ki, ölkə liderlərinin görüşü İspaniyanın Qranada şəhərində baş tutacaq.

Görüşü təşkil etmək üçün Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Ermənistan TŞ-nin katibi Armen Qriqoryan, Fransa prezidenti Emmanuel Makronun müşavirləri, Almaniya kansleri Olaf Şolts və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel sentyabrın 26-da bir araya gələcəklər.