Ölkə

Zaur Əliyev: “Xidmətlər zərfi”nə ambulator müalicə üçün dərman preparatları salına bilər”

Zaur Əliyev: “Xidmətlər zərfi”nə ambulator müalicə üçün dərman preparatları salına bilər”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gələcəkdə “Xidmətlər zərfi”nə ambulator müalicə üçün dərman preparatları ilə təmin olunma salına bilər”.

7Times.az  xəbər verir ki, bu fikirləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) İdarə Heyətinin sədri Zaur Əliyev bu gün İTSDA-nın media nümayəndələri üçün “Xidmətlər zərfi”nin təqdimatına dair tədbirində çıxış edərkən deyib.

O bildirib ki, hətta bir sıra ağır xəstəliklərin də “Xidmətlər zərfi”nə daxil edilməsi məsələsinə baxıla bilər:“Məqsədimiz odur ki tibb sahəsində vətəndaş yalnız ən son halda şəxsi vəsaitinə üz tutsun. Bu, tibb sektorunda qurumların birgə fəaliyyətinin nəticəsidir. Gələcəkdə biz əhaliyə daha da yüksək və keyfiyyətli xidmət göstərmək üçün bütün zəruri tədbirləri edəcəyik”.