Ölkə

DYP-dən piyadalara ÇAĞIRIŞ

DYP-dən piyadalara ÇAĞIRIŞbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 12-dən 19-dək respublika ərazisində “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçiriləcək.

 

Baş Dövlət Yol Polisi İdarəsindən 7Times.az-a bildirilib ki, tədbir çərçivəsində piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarına qarşı nəzarət-profilaktik tədbirlərin artırılması ilə yanaşı, əhali arasında təbliğat-təşviqat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi nəzərdə tutulur.

 

İdarə bir daha piyadaları diqqətli olmağa çağırıb, eyni zamanda ictimai təsisatları, xüsusilə media subyektlərini sözügedən tədbir çərçivəsində birgə əməkdaşlığa dəvət edib.