Xarici işlər naziri Ceyhun Bayramov Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, oktyabrın 10-da İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası Azərbaycan Respublikasının sədrliyi altında Şuşa şəhərində keçiriləcək. Tədbirdə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov iştirak edəcək.
Tədbir zamanı nazir Ceyhun Bayramovun yüksək səviyyəli xarici rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi, habelə mətbuat konfransında bəyanat ilə çıxış etməsi nəzərdə tutulur.