Havalar soyuduqca rematizmdən əziyyət çəkən insanların diz və oynaq ağrıları artır. Bu, günlük həyatdakı işləri görməkdə çətinlik yaratdığı kimi ağrılara da səbəb olur. Bəs bunun qarşısını almaq mümkündür?
Axşam.az rematizm ağrıları olan insanların əməl etməli olduqları tövsiyələri təqdim edir:
– Soyuq havalarda isti məkanlarda qalmağa çalışın. Əgər çölə çıxmalısınızsa, boyun, əl və ayaq bölgələrini isti tutacaq geyimlər geyinin.
– Köklükdən əziyyət çəkən şəxlərə çəki atmaları tövsiyə olunur.
– Qidalanma rasionuna balıq, gicitkan, yumurta daxil edin. Qoz, kətan toxumu, dirrik pərpərəni, zeytun yağı ilə bol, kalsium və C vitamini ilə zəngin qidalar istehlak edə bilərsiniz.
– Gün ərzində 2,5 litr su için.
– Stresdən uzaq durun.
– Siqaret çəkməyin.
– D vitamininiz çatmırsa, əlavə yardım alın.
– Yuxu rejiminizə diqqət edib, yaxşıca dincəlməlisiniz.
Follow @7timesaz